Ermənistanda yoluxma sayı yenidən artdı

  28 Fevral 2021    Oxunub : 1443
Ermənistanda yoluxma sayı yenidən artdı
Ermənistanda son sutka ərzində daha 265 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 172 058 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3192-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 815 nəfərdir.

Azvision.az

Teqlər: Ermənistan   virus