Pərdə, jalüz və plyonka ilə bağlı dəyişiklik təsdiqləndi

  23 Fevral 2021    Oxunub : 940
   Pərdə, jalüz və plyonka ilə bağlı dəyişiklik təsdiqləndi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.

Dəyşiklik III oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Maşın   Pərdə   Jalüz