Narkotik maddə satan gənc saxlanıldı

Narkotik maddə satan gənc saxlanıldı
  26 Mart 2013    Oxunub:1319

Nizami polisi külli miqdarda narkotik vasitəni ünvanına çatdırmaq istəyən 17 yaşlı gənci saxlayıb.
İstintaqla müəyyən olub ki, Çavanşır Bayramov 7 kilodan yuxarı qurudulmuş marixuananı satıb əldə olan gəliri borclarına verməliymiş. İfadəsində saxlanılan sellofan torbada olan narkotik vasitəni tanımadığı adamdan aldığını desə də, polis onun əvvəllər də analoji cinayətdə iştirakını istisna etmir.

Maddi sübutla həbs olunan gənc barəsində indi istintaqda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılıb.


Teqlər:





Xəbər lenti