Bakıda eyni küçədən 2 nəfər yoxa çıxdı

Bakıda eyni küçədən 2 nəfər yoxa çıxdı
  19 Fevral 2014    Oxunub:1173
Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Əmircanova Gülşən Ağasəlim qızı itkin düşüb.
Bu barədə AzVision.az saytına Xətai rayon Polis İdarəsindən məlumat verililib. Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 6, mənzil 101 ünvanında yaşayan 1985-cı il təvəllüdlü Əmircanova Validə Ağasəlim qızı ərizə ilə RPİ-nin 36-cı Рolis Bölməsinə müraciət edərək, onunla eyni ünvanda yaşayan bacısı, 1979-cu il təvəllüdlü Əmircanova Gülşən Ağasəlim qızının 18 fevral 2014-cü il tarixdə saat 14 radələrində evdən getdiyini və geri qayıtmadığını bildirib.

Əldə etdiyimiz məlumata görə, eyni küçədə daha bir nəfər itkin düşüb. Xətai rayon Polis İdarəsindən bildirilib ki, İ.İsmayılov küçəsi, ev 3 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Misirov Məsud Məbud oğlu ərizə ilə Xətai RPİ-nin 35-ci PB- nə müraciət edib. Bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu 1983-cü il təvəllüdlü Misirov Ehtiram Məsud oğlu fevralın 17-də saat 11 radələrində evdən gedib və geri qayıtmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti