Gədəbəy sakini Gəncədə bıçaqlandı

Gədəbəy sakini Gəncədə bıçaqlandı
  19 Fevral 2014    Oxunub:1120
Bu gün axşam saat 23 radələrində Gəncə şəhər, Kəpəz rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Gədəbəy sakini 41 yaşlı Əbülfəz Abbasov üzərində bir neçə bıçaq yarası olan xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlər yaralıya ilkin tibbi yardım göstərərək onun həyatını xilas edə biliblər.

İlkin məlumata görə, Ə.Abbasov Gədəbəy sakini olsa da, müvəqqəti olaraq Gəncə şəhərində yaşayır. Onun qonşusu tərəfindən şəxsi münasibətlər zəminində bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti