İçindən Nokia çıxdı

İçindən Nokia çıxdı
  26 Mart 2013    Oxunub:1279
Azərbaycanda cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Apa-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1977-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.2, 29-cu maddələri ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cavid Zəbulla oğlu İbadovun yanına qısa müddətli görüşə gəlmiş qardaşı Nurlan Zəbulla oğlu İbadovun gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman balıq konservlərinin içərisində gizlədilmiş, sellofan torbaya bükülmüş 2 ədəd “Nokia” markalı mobil telefon aparatı, 2 ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısının birləşdirici naqilləri və 2 ədəd mobil telefon üçün “Nokia” markalı qulaqcıq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti