Bakıda `Galondewagen` zirzəmiyə girdi

Bakıda `Galondewagen` zirzəmiyə girdi
  18 Fevral 2014    Oxunub:1500
Bu gün saat 22 radələrində Bakı şəhərinin Yasamal rayonunda “Mersedes”lə toqquşan “Galondewagen” yaxınlıqdakı yaşayış binasının zirzəmisinə girib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Əbdürrəhim Haqverdiyev küçəsində, keçmiş Çörək zavodunun yanında baş verən qəza zamanı avtomobillərdə olan sərnişinlər və sürücülər yüngül xəsarət alıblar.

Hadisə nəticəsində yolda tıxac yaranıb. Qəzaya səbəb olmuş avtomobillərdən birinin sürücüsünün vəziyyəti nisbətən ağırdır. Amma hələ ki, hadisə yerinə nə Dövlət Yol Polisi təmsilçiləri, nə də təcili yardım maşını gəlib.

Hadisə nəticəsində, yaxınlıqdakı beşmərtəbəli binanın birinci mərtbəsinin divarı dağılıb. “Galondewagen” markalı avtomobil binanın zirzəmisindəki dükanın içinə girib.


Teqlər:  





Xəbər lenti