Narkotacirin evindən 6,4 kq heroin çıxdı

Narkotacirin evindən 6,4 kq heroin çıxdı
  26 Yanvar 2021    Oxunub:1764
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yardımlı rayon sakini R.Ağayev paytaxtın Nizami rayonu ərazisində saxlanılıb.

Onun rayon ərazisində kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram heroin və 105 qram metamfetamin aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti