Astarada narkotacir tutuldu - FOTO

Astarada narkotacir tutuldu -    FOTO
  25 Yanvar 2021    Oxunub:1301
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a bildirilib ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Bəxtiyar Quliyev 9 qramdan artıq narkotik vasitə tiryəki satarkən cinayət başında saxlanılıb. Onun üzərindən əlavə olaraq bir büküm heroin aşkarlanaraq götürülüb.



Əməliyyat tədbirlərinin davamı olaraq B.Quliyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 2 ədəd sellofan bağlamada ümumi çəkisi 4 kiloqram 54 qram tiryək aşkarlanıb. Qeyd edək ki, B.Quliyevin həmin narkotik vasitəni əldə etdiyi rayon sakini İ.Məmmədov da bir neçə gün əvvəl Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti