Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçirir

  25 Yanvar 2021    Oxunub : 2324
Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçirir
Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrinin müdafiəsi ilə bağlı təlimlər keçirir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, rus hərbçilər Dağlıq Qarabağdakı müşahidə məntəqələrində xidmət edərkən mütəmadi olaraq antiterror təlimi keçirirlər.

Sülhməramlı kontingentinin müşahidə məntəqələri, həmçinin hərbi personalı atıcı silahlardan və qəlpələrdən qorunmaq üçün istehkam blokpostları ilə təchiz edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: DağlıqQarabağ