İki marşrutun hərəkət sxemi dəyişdi

İki marşrutun hərəkət sxemi dəyişdi
  25 Yanvar 2021    Oxunub:1066
Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti olaraq dəyişir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.

Bu səbəbdən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.



Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti