Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  24 Yanvar 2021    Oxunub:1462
Bakı şəhərinin Yasamal rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Dadaş Bünyadzadə küçəsində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində təmirdə olan mənzilin eyvanında su qızdırıcısı və yataq dəsti 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub.

Azvision.az


Teqlər: FHN   Mənzil  





Xəbər lenti