Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq - XİN

  24 Yanvar 2021    Oxunub : 3298
Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq -  XİN
Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qabonun Port Jentil limanına yaxınlaşmaq üzrədir.
Azvision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Belə ki, meyit Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır", - deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, ötən gün gəmi heyətinin 19 üzvündən 15-i girov götürülüb, 1 nəfər öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Azvision.az

Teqlər: XİN