Daşkəsəndə qohumlardan silah götürülüb

Daşkəsəndə qohumlardan silah götürülüb
  23 Yanvar 2021    Oxunub:1407
Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çovdar kənd sakini Nəsib Musayevdən “Escort” markalı, tək lüləli 12 kalibirli, həmkəndlisi və qohumu Əfqan Musayevdən “İJ” markalı tək lüləli, 12 kalibirli və digər həmkəndlisi və qohumundan “İJ” markalı tək lüləli, 16 kalibirli müvafiq sənədləri olmayan tüfəng aşkar edərək götürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ( Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) ilə prtokol tərtib edilərək Daşkəsən rayon Məhkəməsinə göndərilib.


Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti