Bakı və Balakəndə yanğın olub

Bakı və Balakəndə yanğın olub
  22 Yanvar 2021    Oxunub:2069
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin mətbəxində 1 ədəd divan yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 4 m² sahədə qismən əriyib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Balakən rayonunun Talalar kəndində ümumi sahəsi 336 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın   Bakı   Balakən  





Xəbər lenti