249 müəssisədə 429 nöqsan aşkarlandı

  22 Yanvar 2021    Oxunub : 1425
249 müəssisədə 429 nöqsan aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq satışı obyektlərində monitorinqləri davam etdirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində AQTA əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 316 ərzaq satışı obyektində monitorinqlər həyata keçirilib.

Monitorinq keçirilən 249 ərzaq satışı müəssisəsində ümumilikdə 429 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Azvision.az


Teqlər: AQTA