Maşınlara pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik

   Maşınlara pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
  22 Yanvar 2021    Oxunub:1449
Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin yaz sessiyasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılacaq.

Belə ki, bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Maşın   Jalüz   Pərdə  





Xəbər lenti