Akopyan Moskvaya niyə gedib? - Qardaşı açıqlama verdi

 Akopyan Moskvaya niyə gedib? -  Qardaşı açıqlama verdi
  20 Yanvar 2021    Oxunub:1759
Ermənistan parlamentinin “Mənim Adımım” fraksiyasından olan deputatı Qraç Akopyan jurnalistlərə açıqlamasında bacısı, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı qalmaqala aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, o, bacısının övladları ilə birlikdə Rusiyaya getməsinin özəl məsələlərlə əlaqəli olduğunu söyləyib.

“Deputat açıqlamasında elə danışıb ki, sanki söhbət Rusiyada vətəndaşlıq və ya ev almaqdan getmir. Əlbəttə, belə bir insandan başqa cavab eşitmək təəccüblü olardı. Sözsüz ki, o, yalan danışır. Bu gün Rusiyadakı mənbələr Paşinyanın həyat yoldaşının Moskvaya səyahətinin təfərrüatlarını və yeni videolar vəd ediblər. Məlumatlar daxil olan kimi onları da dərc edəcəyik”, - deyə erməni KİV-ləri yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Anna-Akopyan   Moskva   Deputat  





Xəbər lenti