Övlad acısı 21 yaşlı gəlini dama çıxardı

Övlad acısı 21 yaşlı gəlini dama çıxardı
  16 Fevral 2014    Oxunub:1562
Bakıda intihara cəhdin qarşısı alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər qadının intihara cəhd etməsi barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən 1993-cü il təvəllüdlü qadının doqquzmərtəbəli binanın damına çıxaraq özünü aşağı atmaq niyyətində olduğunu müəyyən ediblər.

AzVision.az APA- ya istinadən xəbər verir ki, xilasedicilər H. Hüseynovanın qaynatası ilə birlikdə onunla söhbət aparıblar və 21 yaşlı xanım fikrindən daşınıb.

Ailəsindən Qaradağ rayon 11-ci Polis Bölməsinə bildirilib ki, H. Hüseynova bundan əvvəl də bir neçə dəfə intihara cəhd edib. Ailəli olan 21 yaşlı xanımın övladı olmur. Onun bu məsələdən qaynaqlanan psixoloji problemləri olduğu deyilir.

Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.


Teqlər:  





Xəbər lenti