6 qazi yüksək texnologiyalı protezlə təmin olunub

  18 Yanvar 2021    Oxunub : 1031
6 qazi yüksək texnologiyalı protezlə təmin olunub
"Son bir ayda qazilərə 530 reabilitasiya vasitəsi verilib, həmçinin 6 qazi yüksək texnologiyalı 8 protezlə təmin olunub, hazırda bu sahədə işlər davam edir".
Azvision.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair müvafiq göstəricilərin təqdimatı əsnasında mətbuat konfransında deyib.

Nazir müavini bildirib ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı sosial təminatın ildən-ilə güclənməsinə imkan verib.

A.Kərimov, həmçinin qeyd edib ki, son iki ildə 10-dan çox bölgədə, o cümlədən 2020-ci ildə 6 bölgədə (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl) müasir reabilitasiya və sosial xidmət müəssisələri açılıb.

“Yaxın aylarda 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq. Ümumilikdə son illər qurulan müasir reabilitasiya sistemi yaralanmış qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmasına şərait yaradıb. Eyni zamanda, yaralanmış qazilərimiz reabilitasiya vasitələri, xüsusilə də müasir, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində ardıcıl işlər aparılır”.

Aytən Zəhra
Azvision.az

Teqlər: ƏƏSMN   Anar-Kərimov