Bir gecədə 11 nəfər dəm qazından zəhərləndi

Bir gecədə 11 nəfər dəm qazından zəhərləndi
  16 Fevral 2014    Oxunub:1188
Dəm qazından zəhərlənmələr daha çox həyət evlərində baş verir, amma son zamanlar bina evlərində yaşayanlar da dəm qazından zəhərlənmə ilə bağlı müraciət edir.
Sutka ərzində Bakı şəhərində 11 nəfər dəm qazından zəhərlənib. AzVision.az xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, zəhərlənən 2 şəxsin vəziyyəti ağır olduğu üçün, onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digər xəstələrə isə yerindəcə ilkin tibbi yardım göstərilib.

Stansiyadan bildiriblər ki, dəm qazından zəhərlənmə hadisələri daha çox həyət evlərində baş verir. Həmçinin stansiyadan bildiriblər ki, son zamanlar bina evlərində də yaşayan insanlar dəm qazından zəhərlənmə ilə bağlı müraciətlər edirlər.

Xatırladaq ki, ötən gün Bakıda 14 nəfər dəm qazından zəhərlənmişdi. Zəhərlənən şəxslərdən 9 nəfərinin vəziyyəti daha ağır olduğu üçün onlar xəstəxanalara yerləşdirilmişdi. Bundan başqa, Yasamal rayonunda yaşayan bir nəfər dəm qazı zəhərlənməsindən ölmüşdü. Telistan Qocayevanı evində ölmüş halda tapılmışdı. Araşdırmalar zamanı onun dəm qazından öldüyü məlum olmuşdu.


Teqlər:





Xəbər lenti