Şabranda həkim çatışmamazlığı yaşanır - VİDEO
AzVision.az RTV-yə istinadən xəbər verir ki, 86 çarpayılıq və müasir tibbi avadanlıqlara təchiz edilən Şabran MRX-da 11 həkim və 35-dən yuxarı tibb bacısına ehtiyac var. Baş həkimin sözlərinə görə, çatışmazlığın yaranmasında əsas səbəb rayonda tibb sahəsini bitirən şəxslərin az olmasıdır. Həkim çatışmazlığı rayonun kəndlərində də özünü göstərir.
Şabranda mərkəzi xəstəxana ilə yanaşı 15 çarpayılıq Ağalıq sahə xəstəxanası, eləcə də 9 həkim, 21 tibb məntəqəsi fəaliyyət göstərir.
Teqlər: