“World Masters”də 2 cüdoçumuz finala yüksəldi

“World Masters”də 2 cüdoçumuz finala yüksəldi
  13 Yanvar 2021    Oxunub:2671
Qətərin paytaxtı Dohada keçirilən “World Masters” turnirində iki cüdoçumuz finala yüksəlib.
Azvision.az xəbər verir ki, yarımfinaladək uğurla irəliləyən cüdoçumuz Zelim Kotsoyev (100 kq) bu mərhələdə Simeon Katharinanı (Niderland) qızıl xalla üstələyərək finala vəsiqə qazanıb. Bu mərhələdə cüdoçumuz gürcü Varlam Liparteliani ilə mübarizə aparacaq.

Komandamızın digər üzvü İrina Kindzerska (78 kiloqramdan yuxarı) da bütün görüşlərini, o cümlədən yarımfinalda kamerunlu Hortens Vanessa Mballa Atanqana ilə qarşılaşmasını qələbə ilə başa vuraraq finala çıxıb. Finalda onun rəqibi fransalı Romana Dikko olacaq.

“Tokio-2020”yə Olimpiya lisenziya xalları verəcək yarışda ölkəmizi 7 cüdoçu təmsil edir. Bundan əvvəl kişilərin yarışında Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), qadınlar arasında Aişə Qurbanlı və Leyla Əliyevanın (48 kq) çıxışları uğurlu alınmayıb.

Bu gün başa çatacaq turnirdə 69 ölkədən 400-ə yaxın cüdoçu iştirak edir.

Azvision.az


Teqlər: Cüdo   Yarış   Final  





Xəbər lenti