Qarabağ əlili intihara cəhd etdi - YENİLƏNİB
“Qarabağ qaziləri” Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev APA-ya bildirib ki, M. Məcidovun özünü yandırması barədə yayılan informasiyalar doğru deyil: “Malik Məcidov özünü yandırmaq istəyib, lakin ətrafındakı insanlar buna mane olublar. Sadəcə Malik Məcidov intihar məqsədilə üstünə benzin tökdüyü üçün həmin maye onun dərisinə zəhərlənmə verib. Hazırda Sumqayıt xəstəxanasında müalicə alan əlilin vəziyyəti normaldır”.
E. Mustafayev həmçinin bildirib ki, əlil M. Məcidovun problemi ilə hələlik heç kim maraqlanmayıb: “Əlilin problemlərinin həlli edilməsi üçün bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinə gedərək məsələ qaldıracağıq”.
Sumqayıt şəhər Polis İdarəsi və Şəhər Prokurorluğundan APA-ya Qarabağ əlilinin özünü yandırması barədə məlumatlar təkzib edilib.
***
Sumqayıt şəhər Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Sumqayıt sakini, 1 ci qrup Qarabağ əlili Məcidov Malik Qardaşxan oğlu özünü Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında yandıraraq intihar edib.
Əvvəlcə Sumqayıt şəhər xəstəxanasına aparılan M.Məcidov gecə saatlarında Bakıdakı 5 saylı xəstəxanaya gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.