Bakıda keçiriləcək dünya kuboku ləğv olundu

Bakıda keçiriləcək dünya kuboku ləğv olundu
  12 Yanvar 2021    Oxunub:2582
Fevralın 13-14-də Bakıda keçirilməsi nəzərdə tutulan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları ləğv olunub.
Azvision.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışın ləğv olunması dünyanı cənginə alan koronavirus xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Bakıdakı kubok yarışı ilə yanaşı, Beynəlxalq Gimnastika Federasiyası idman gimnastikası üzrə dünya kuboku yarışlarının (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən akrobatika gimnastikası üzrə dünya kuboku turnirləri (Rusiya, 19-21 fevral; Portuqaliya, 5-7 mart; Belçika 9-11 aprel) və aerobika gimnastikası üzrə dünya kubokunun (Yaponiya 24-25 aprel) da təxirə salındığını açıqlayıb.

Qeyd edək ki, martın 4-7-də Bakıda idman gimnastikası üzrə dünya kuboku, bədii gimnastika üzrə dünya kuboku (7-9 may), aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışları (21-23 may), batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı (11-14 noyabr) və 28-ci dünya yaş qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: Gimnastika  





Xəbər lenti