Teymur Rəcəbov finalda Aronyanı məğlub etdi

 Teymur Rəcəbov finalda Aronyanı məğlub etdi
  03 Yanvar 2021    Oxunub:3689
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində onlayn formatda təşkil olunan “Airthings Masters” turnirinin final mərhələsinin 4 partiyadan ibarət ilk matçını keçirib. Təmsilçimiz ermənistanlı rəqibi Levon Aronyanla üz-üzə gəlib.
Azvision.az xəbər verir ki, ilk üç partiyanı heç-heçə edən şahmatçımız dördüncü partiyada rəqibinə qalib gəlib. (2,5:1,5).

Tərəflər arasında son görüş sabah keçiriləcək.

Xatırladaq ki, turnirin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.

Azvision.az


Teqlər: TeymurRəcəbov  





Xəbər lenti