Nefçalada taksi sürücüsü yoxa çıxıb

Nefçalada taksi sürücüsü yoxa çıxıb
  14 Fevral 2014    Oxunub:1124
Ötən gün saat 20.00 radələrində evindən çağırılan Neftçala sakini itkin düşüb, onun avtomobili yanmış halda aşkar edilib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, həmin şəxsin qardaşının verdiyi məlumata görə, qardaşı Yuxarı Qareymanlı kənd sakini, 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlu taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Fevralın 12-də saat 20.00 radələrində qardaşı evdə olarkən onu naməlum şəxslər çağırıb. Həmin şəxslər Kamal Rüstəmovdan onları harasa aparmağı xahiş ediblər. Bütün gecəni evə qayıtmayan Kamal Rüstəmovun idarə etdiyi VAZ 21011 markalı 47 ** 421 dövlət nömrə nişanlı avtomobil səhər saatlarında yanmış halda qonşu Pirəbbə kəndinin ərazisində aşkar edilib. Eyni zamanda avtomobilin yanında onun ayaqqabısı da aşkar edilib. Lakin yanmış avtomobilə polis tərəfindən baxış keçirilərkən hər hansı cəsəd aşkar edilməyib.

Hazırda Neftçala polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir. Neftçala polis şöbəsinin növbətçi hissəsindən hadisə ilə bağlı təfsilatlı məlumat almaq mümkün olmayıb.

Faktla bağlı Neftçala rayon polis şöbəsində araşdırma və axtarışlar davam etdirilir.


Teqlər:  





Xəbər lenti