Bakıda ikinci partlayış, 2 ölü, 1 yaralı - YENİLƏNİB
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonunda təmirə dayanmış “Lukoil” yanacaq doldurma məntəqəsində partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, partlayış nəticəsində 2 nəfərin öldüyü və 1 nəfərin xəsarət aldığı müəyyən olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Bu gün Bakıda daha bir dəhşətli partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumata görə, Xətai rayonu Ramiz Quliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində dəhşətli partlayış baş verib. Partlayış nəticəsində yanğın baş verməyib.
Qeyd edək ki, partlayış nəticəsində 25-30 yaşlarında bir kişi ölüb. Meyid tanınmaz hala düşüb. Hazırda onun kimliyi müəyyən edilir. Partlayış nəticəsində bir nəfər də ağır yaralanıb.
Hadisə nəticəsində yanğın qeydə alınmayıb. Hazırda hadisə yerində polis, təcili yardım və FHN-in xilsediciləri işləyir.(ans)
***
AzVision.az apa-ya istinadən xəbər verir ki, Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı ölənlərin sayı iki nəfərə çatıb.
“Xətai rayonunda yerləşən “LUKoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə zamanı 1 nəfərdə - Şamxal Orucovda həkiməqədərki ölüm qeydə alınıb, digər yaralı Həsrət İmamverdiyev isə ətrafdakı insanların köməkliyi ilə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib”. Bundan başqa, 1986-cı il təvəllüdlü Turab Həşimov müxtəlif xəsarətlərlə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Partlayış zamanı “Mitsubishi” markalı 10 PK 441 dövlət nömrə nişanlı avtomobil yanaraq yararsız hala düşüb.
AzVision.az