Vətən müharibəsində qələbəyə həsr olunmuş layihəyə start verildi

Vətən müharibəsində qələbəyə həsr olunmuş layihəyə start verildi
  25 Dekabr 2020    Oxunub:2100
İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin Qalibləri-2020" layihəsinin icrasına başlayıb.
Layihənin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi, baş sponsoru Azərbaycanın yeganə qanuni virtual mərc oyunları dileri "eTopaz", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "İl Azero", təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.

Ardıcıl 8-ci ildir həyata keçirilən layihə Vətən müharibəsindəki böyük qələbəyə həsr olunub. İlin ən böyük qalibi Azərbaycan Ordusu olduğundan, namizədlər Vətən müharibəsi vaxtı döyüşən, şəhid və qazi olan, erməni terrorundan əziyyət çəkən, Orduya maddi, mənəvi və təbliğati dəstək verən idman ictimaiyyətinin nümayəndələri, idman qurumları, yerli və əcnəbi idmançılar (futbolçular), məşqçilər və jurnalistlər, eləcə də il ərzində keçirilmiş yarışlarda Ermənistan təmsilçilərinə qalib gələn Azərbaycan idmançıları arasından seçilib.

Layihənin icrası isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günündə start götürür.

Özündə 44 günlük müharibəni ehtiva edən "4+4 FİNALI" adlı mükafatlandırma tədbirinin təşkili karantin rejiminin müddəti və qaydalarından asılı olacaq. Tədbirin adına uyğun olaraq, 8 nominasiya müəyyənləşdirilib: İLİN DÖYÜŞKƏN İDMAN XADİMİ, İLİN DÖYÜŞKƏN İDMANÇISI, İLİN DÖYÜŞKƏN FUTBOLÇUSU, İLİN DÖYÜŞKƏN LEGİONERİ, İLİN DÖYÜŞKƏN MƏŞQÇİSİ, İLİN DÖYÜŞKƏN KOMANDASI, İLİN DÖYÜŞKƏN İDMAN QURUMU və İLİN DÖYÜŞKƏN JURNALİSTİ.

Hər bir nominasiya üzrə qalib müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri arasında sorğu nəticəsində müəyyənləşdiriləcək. Eyni zamanda İAM-ın xüsusi mükafatları da nəzərdə tutulub.

Namizədlər bunlardır (Əlifba sırası ilə):

İLİN DÖYÜŞKƏN İDMAN XADİMİ
1. Ceyhun Haşımov (AFFA hakim-inspektoru) - Orduya maddi dəstək olduğu üçün
2. Elnur Eyvazov ("Neftçi" futbol klubunun vitse-prezidenti) - Orduya maddi və mənəvi dəstək olduğu üçün
3. Fariz Nəcəfov ("Qəbələ" klubunun prezidenti) - Vətən müharibəsində iştirak etdiyi üçün
4. Fərid Mansurov (Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri) - Orduya maddi və mənəvi dəstək olduğu üçün
5. Firdovsi Umudov (Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti) - Orduya maddi və mənəvi dəstək olduğu üçün
6. İqor Ponomaryov ("Sabah" klubunun Müşahidə Şurasının üzvü) - Orduya təbliğati dəstək verdiyi üçün
7. Raqif Abbasov (Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi) - Orduya mənəvi dəstək olduğu üçün
8. Yelena Şabovta (menecer, Azərbaycan millisinin keçmiş voleybolçusu) - Orduya təbliğati dəstək verdiyi üçün

İLİN DÖYÜŞKƏN İDMANÇISI
1. Şəhid Cavid Hüseynov (taekvondo) - Vətən müharibəsində iştirak etdiyi üçün
2. Şəhid Cəbrayıl Dövlətzadə (cüdoçu) - Vətən müharibəsində iştirak etdiyi üçün
3. Eldəniz Əzizli (Yunan-Roma güləşçisi) - Avropa çempionatının və Fərdi Dünya Kubokunun mükafatçısı, Ermənistan təmsilçisini məğlub etdiyi və Orduya mənəvi dəstək olduğu üçün
4. Qazi Elxan İsayev (taekvondoçu) - Vətən müharibəsində iştirak etdiyi üçün
5. Əfqan Xaşalov (sərbəst güləşçi) - Vətən müharibəsində iştirak etdiyi üçün
6. Hacı Əliyev (sərbəst güləşçi) - Orduya maddi və mənəvi dəstək olduğu üçün
7. İlham Zəkiyev (paracüdoçu) - Orduya mənəvi dəstək olduğu üçün
8. Lorenso Sotomayor (boksçu) - Orduya təbliğati dəstək verdiyi üçün
9. Mariya Stadnik (qadın güləşçi) - Orduya təbliğati dəstək verdiyi üçün
10. Məhəmmədrəsul Məcidov (peşəkar boksçu) - Orduya təbliğati dəstək verdiyi üçün
11. Orxan Səfərov (cüdoçu) - Avropa çempionu, Orduya maddi və mənəvi dəstək olduğu üçün
12. Polina Rəhimova (voleybolçu) - Orduya təbliğati dəstək verdiyi üçün
13. Rafiq Hüseynov (yunan-Roma güləşçisi) - Avropa çempionu, Orduya maddi dəstək olduğu üçün
14. Rüstəm Orucov (cüdoçu) - Orduya maddi və mənəvi dəstək olduğu üçün
15. Sənan Süleymanov (yunan-Roma güləşçisi) - Avropa çempionu, Ermənistan təmsilçisini məğlub etdiyi üçün
16. Teymur Rəcəbov (şahmatçı) - Ermənistan şahmatçısını məğlub etdiyi və Orduya təbliğati dəstək verdiyi üçün
17. Tofiq Musayev (MMA döyüşçüsü) - Vətən müharibəsində iştirak etdiyi üçün
18. Şəhid Xudayar Yusifzadə (kikboksçu) - Vətən müharibəsində iştirak etdiyi üçün
19. Zabit Səmədov (K-1 döyüşçüsü) - Orduya maddi, mənəvi və təbliğati dəstək verdiyi üçün

İLİN DÖYÜŞKƏN FUTBOLÇUSU
1. Aqil Məmmədov ("Neftçi" klubunun qapıçısı) - Orduya maddi dəstək olduğu üçün
2. Emin Mustafayev (veteran futbolçu) - Gəncə terroru nəticəsində mənzili və özü zərər gördüyü üçün
3. Eşqin Tağıyev (futzalçı, "Ayax Baku" klubunun üzvü) - Vətən müharibəsində iştirak etdiyi üçün
4. Şəhid İlqar Bürcəliyev ("Zirə" klubunun və Azərbaycanın U-18 yığmasının sabiq futbolçusu) - Vətən müharibəsində iştirak etdiyi üçün
5. Maksim Medvedev ("Qarabağ" klubunun və Azərbaycan milli komandasının kapitanı) - Orduya maddi, mənəvi və təbliğati dəstək verdiyi üçün
6. Qara Qarayev ("Qarabağ" klubunun və Azərbaycan milli komandasının müdafiəçisi) - Orduya maddi və mənəvi dəstək olduğu üçün
7. Ramil Şeydayev ("Sabah" klubunun və Azərbaycan milli komandasının hücumçusu) - Orduya maddi və təbliğati dəstək verdiyi üçün
8. Riçard Almeyda ("Zirə" klubunun və Azərbaycan milli komandasının yarımmüdafiəçisi) - Orduya təbliğati dəstək verdiyi üçün
9. Şəhid Şəhriyar Qurbanov (Uşaq liqasında çıxış etmiş futbolçu) - Naftalan terrorunun qurbanı

İLİN DÖYÜŞKƏN LEGİONERİ
1. Arda Turan (Türkiyənin "Qalatasaray" klubunun hücumçusu) - Orduya təbliğati dəstək verdiyi üçün
2. Ansi Aqolli ("Qarabağ" klubunun sabiq müdafiəçisi) - Orduya təbliğati dəstək verdiyi üçün
3. Dario Frederiko ("Neftçi" klubunun sabiq hücumçusu) - Orduya təbliğati dəstək verdiyi üçün
4. Denis Silva ("Neftçi" və "Keşlə" klubunun sabiq müdafiəçisi) - Orduya təbliğati dəstək verdiyi üçün
5. Donald Gerye ("Qarabağ" klubunun müdafiəçisi) - Orduya mənəvi və təbliğati dəstək verdiyi üçün
6. İbrahim Şehiç ("Qarabağ" klubunun sabiq qapıçısı) - Orduya təbliğati dəstək verdiyi üçün
7. Maykl Essyen ("Səbail" klubunun sabiq yarımmüdafiəçisi) - Orduya təbliğati dəstək verdiyi üçün
8. Mesut Özil (İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi) - Orduya təbliğati dəstək verdiyi üçün
9. Ramil Quliyev (Atletika üzrə Azərbaycan millisinin sabiq üzvü) - Orduya təbliğati dəstək verdiyi üçün
10. Ronaldinyo (Braziliyalı veteran futbolçu) - Orduya təbliğati dəstək verdiyi üçün

İLİN DÖYÜŞKƏN MƏŞQÇİSİ
1. Bəxtiyar Abbasov ("Qəbələ" İdman Klubunun məşqçisi) - Vətən müharibəsində iştirak etdiyi üçün
2. Qurban Qurbanov ("Qarabağ" futbol komandasının baş məşqçisi) - Orduya maddi və mənəvi dəstək olduğu üçün
3. Naci Şensoy (Tovuzun "Turan" komandasının türkiyəli sabiq baş məşqçisi) - Orduya təbliğati dəstək verdiyi üçün
4. Rafael Ağayev (Karate üzrə Azərbaycan milli komandasının məşqçisi və yığma üzvü) - Orduya maddi və mənəvi dəstək olduğu üçün
5. Rəşad Sadıqov ("Qarabağ" futbol komandasının sabiq kapitanı və "Zirə" komandasının baş məşqçisi) - Orduya maddi və mənəvi dəstək olduğu üçün
6. Tərlan Əhmədov ("Keşlə" futbol komandasının sabiq baş məşqçisi) - Orduya maddi dəstək olduğu üçün
7. Ziya Rəcəbov (İndoneziyanın "Cakarta" voleybol komandasının sabiq baş məşqçisi) - Orduya maddi dəstək olduğu üçün

İLİN DÖYÜŞKƏN KOMANDASI
1. Futbol üzrə Azərbaycan milli komandası - Orduya təbliğati dəstək verdiyi üçün
2. "Azərreyl" voleybol komandası - Orduya maddi dəstək olduğu üçün
3. Bədii gimnastika üzrə Azərbaycan milli komandası - Gəncə terroru qurbanlarına mənəvi dəstək olduğu üçün
4. "Keşlə" futbol komandası - Orduya təbliğati dəstək olduğu üçün
5. "Kəpəz" futbol komandası - Gəncə terroru nəticəsində maddi zərər gördüyü üçün
6. "Qarabağ" futbol komandası - Orduya maddi və təbliğati dəstək olduğu üçün
7. "Qəbələ" futbol komandası - Orduya təbliğati dəstək olduğu üçün
8. MOİK futbol komandası - Orduya mənəvi dəstək olduğu üçün
9. "Neftçi" futbol komandası - Orduya təbliğati dəstək olduğu üçün
10. "Sabah" futbol komandası - Orduya maddi dəstək olduğu üçün
11. "Səbail" futbol komandası - Orduya təbliğati dəstək olduğu üçün
12. "Sumqayıt" futbol komandası - Orduya təbliğati dəstək olduğu üçün
13. "Turan Tovuz" futbol komandası - Orduya təbliğati dəstək olduğu üçün
14. "Zirə" futbol komandası - Orduya təbliğati dəstək olduğu üçün

İLİN DÖYÜŞKƏN İDMAN QURUMU
1. Azərbaycan Cüdo Federasiyası - Orduya maddi və mənəvi dəstək olduğu üçün
2. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Orduya maddi və mənəvi dəstək olduğu üçün
3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - Orduya təbliğati dəstək verdiyi üçün
4. Azərbaycan Gimnastika Federasiyası - Orduya maddi və mənəvi dəstək olduğu üçün
5. Azərbaycan Güləş Federasiyası - Orduya maddi və mənəvi dəstək olduğu üçün
6. Azərbaycan İdman Jurnalistləri Federasiyası - Orduya maddi və təbliğati dəstək verdiyi üçün
7. Azərbaycan Milli Antidopinq Agentliyi - Orduya maddi və mənəvi dəstək olduğu üçün
8. Azərbaycan Taekvondo Federasiyası - Orduya maddi və mənəvi dəstək olduğu üçün
9. Gənclər və İdman Nazirliyi - Orduya maddi və mənəvi dəstək verdiyi üçün
10. Peşəkar Futbol Liqası - Orduya təbliğati dəstək verdiyi üçün

İLİN DÖYÜŞKƏN JURNALİSTİ
1. Anar Miriyev (SİA agentliyi) - Vətən müharibəsində iştirak etdiyi üçün
2. Qazi Daşqın Əziz (Offsideplus.az) - Vətən müharibəsində iştirak etdiyi üçün
3. Emin Səfərov ("Qafqazinfo") - Vətən müharibəsini döyüş əməliyyatları bölgəsində işıqlandırdığı üçün
4. İsmayıl Nəsibli ("Report") - Vətən müharibəsini döyüş əməliyyatları bölgəsində işıqlandırdığı üçün
5. Mahal Məmmədov (Azərbaycan Futzal Federasiyasının mətbuat katibi) - Vətən müharibəsində iştirak etdiyi üçün
6. Mehman Əşrəfov (Sportal.az) - Vətən müharibəsində iştirak etdiyi üçün
7. Nurlan İbrahimov ("Qarabağ" klubunun mətbuat katibi) - Orduya təbliğati dəstək verdiyi üçün
8. Səmayə Məmmədova (Gənclər və İdman Nazirliyinin mətbuat katibi) - Orduya təbliğati dəstək verdiyi üçün
9. Süleyman Vəliyev ("CBC Sport" telekanalı) - Vətən müharibəsində iştirak etdiyi üçün.

Azvision.az


Teqlər:





Xəbər lenti