Marqvelaşvili Bakıya gəldi - FOTOLAR

Marqvelaşvili Bakıya gəldi - FOTOLAR
  12 Fevral 2014    Oxunub:1188
Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfəri başlayıb.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşvilini qarşılayıb.

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Georgi Marqvelaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdirdilər.

***

AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, G.Marqvelaşvili fevralın 12-13 tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

O, bu gün Azərbaycan prezidenti İlham Əliyevdə görüşəcək, daha sonra isə iki ölkə rəhbərləri birgə bəyanatla çıxış edəcəklər.

Bundan başqa, Marqvelaşvilinin baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstan prezidentinin bu səfəri oktyabrın 17-də keçirilmiş prezidenti seçkilərindən sonra ikinci rəsmi səfəridir.



Sevinc Iltifatqızı

Qalereya




Teqlər:  





Xəbər lenti