Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi

   Azərbaycan  güləşçisi erməni rəqibini məğlub etdi
  17 Dekabr 2020    Oxunub:1523
Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.
Azvision.az xəbər verir ki, Azərbaycan güləşçisi Əhmədnəbi Qvarzatilov 1/8 finaldan mübarizəyə başlayıb. 61 kq çəki dərəcəsində çıxış edən güləşçimizin ilk rəqibi Fransa ermənisi Arman Eloyan olub.

Qvarzatilov erməni rəqibini 9:5 hesabı ilə məğlub edib. Bununla da Əhmədnəbi 1/4 finala yüksəlib.

Azvision.az


Teqlər: Güləş   Azərbaycan  





Xəbər lenti