Qadın güləşçilərimiz mübarizəyə başlayır

Qadın güləşçilərimiz mübarizəyə başlayır
  14 Dekabr 2020    Oxunub:1289
Serbiyada güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.
Azvision.az xəbər verir ki, turnirin üçüncü günündə - dekabrın 14-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Qadın güləşçilərin yarışında ölkəmizi 3 idmançı təmsil edəcək.

Bu gün milli komandamızın üzvü Tatyana Omelçenko xalça üzərinə çıxacaq. 62 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimizin ilk rəqibi İspaniya idmançısı Lidiya Peres olacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarında 1 gümüş və 1 bürünc medal qazanıb. Daha iki güləşçimiz isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq.

Azvision.az


Teqlər: Yarış   Güləş   Qadın  





Xəbər lenti