Paşinyanın istefasını tələb edən etirazçılar yolu bağladı

Paşinyanın istefasını tələb edən etirazçılar yolu bağladı
  13 Dekabr 2020    Oxunub:3419
İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar Zvartnots beynəlxalq hava limanına gedən yolu bağlayıblar.
Azvision.az xəbər verir ki, əraziyə cəlb olunan polislər yolun açılmasını tələb ediblər.

"Xain və onun komandası Qarabağı itirdiyimizi və indi Ermənistanın sərhədlərinin təhlükə altında olduğunu başa düşənə qədər etirazlara davam edəcəyik. Hökumət istefaya getməli və danışıqlar apara bilən, əlimizdə olanları saxlaya biləcək yeni insanlar gəlməlidir", - etirazçılardan biri deyib.

Qeyd olunub ki, Paşinyanın müsbət dəyişikliklər edə biləcəyini düşünərək hələ də ona inanmağa davam edən vətəndaşlar var: "Ancaq indi çox adam ayılıb və son 2 il yarımda baş verənlərin yalan olduğunu başa düşürlər".

Azvision.az


Teqlər: Paşinyan   Aksiya   Ermənistan  





Xəbər lenti