Ermənistanda “Xain Sarkisyan” aksiyaları başladı - VİDEO

Ermənistanda “Xain Sarkisyan” aksiyaları başladı - VİDEO
  10 Fevral 2014    Oxunub:1061
Yerevanda Serj Srakisyan əleyhinə aksiyalar keçirilir.

Ermənistanda “Erməni Milli Konqresi”nin 1 marta planlaşdırılmış mitinqinə həsr olunmuş çağırış aksiyaları fəalların həbsi ilə başlayıb.

Azvision.az-ın Ermənistanın rus dilli mətbuata istinadla verdiyi məlumata görə aksiya fəalları Fevralın 10-da gecədən başlayaraq küçələrin divarlarına prezident Serj Sarkisyanın şəkillərini çəkib altından «Сержик – государственный изменник»- “Serjik- dövlət xaini” sözləri yazıblar. Etiraz aksiyaları başlar-başlamaz 9 aktivist inzibati qaydada həbs olunub.

Həbs edilmiş aksiya fəallarından biri Areq Qevorqyan ın sözlərinə görə, Ermənistan polisi onların sərbəst toplaşmaq hüquqlarını pozur.

“ Bizi hələ aksiya başlamazdan qabaq həbs etdilər. Heç bir arqument göstərmədən əlimizi- qolumuzu bağlayıb apardılar. Dedilər ki, guya divarlara yapışdırdığımız kağızlar mülkiyyətə ziyan vurur. Güman edirik ki, polislər bizdən də qabaq hazırlaşıblar, sayları çox idi. Hər kəsə məlum ssenari ilə dinc mitinq keçirməyə icazə vermirlər. Azadlığımız əlimizdən alınıb, hüquqlarımız tapdalanıb”.

Etirazçılar, maneələrə baxmayaraq martın 1-də hökumət əleyhinə planlaşdırılmış mitinq keçirəcəklərini bildiriblər. Hazırda ölkənin müxtəlif yerlərində ”Xain Sarkisyan” aksiyaları davam edir.


Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti