Mühacirətlə bağlı referendum qəbul olundu

Mühacirətlə bağlı referendum qəbul olundu
  10 Fevral 2014    Oxunub:1247
Qanunun leyhinə 50,3% səs toplanıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsveçrədə fevralın 9-da miqrantların ölkəyə buraxılmasını çətinləşdirən qanun layihəsi ilə bağlı referendum keçirilib.
Əsas məhdudiyyətlər Avropa Birliyi ölkələrinin vətəndaşlarına şamil olunacaq. İsveçrənin əksər kantonları (inzibati vahidliklər) təklifi dəstəkləyiblər.
Referendumda əsas dəstək elektoratını kənd bölgələrinin sakinləri təşkil edib. Onlar hesab edirlər ki, gəlmələrin ucbatından qiymətlər bahalaşır, həm də səhiyyə xidməti problemlərlə üzləşir. Şəhər əhalisi isə referendumun əleyhinə səs veriblər. Onlar düşünürlər ki, miqrasiya iqtisadi inkişafa stimul olur.
Qanun layihəsini millətçi İsveçrə Xalq partiyası tərəfindən irəli sürülmüşdü. Əsas arqumentlərdən biri kimi ölkə əhalisinin 2013-cü ildə miqrantlar hesabına 80 min nəfər artdığı göstərilirdi.
Avropa Birliyinə İsveçrədə keçirilən referendumla bağlı öz narahatlığını ifadə edib.

Xatırladaq ki, Avropa Birliyinə üzv olmayan İsveçrə rəsmi Brüssellə 2002 və 2004-cü illərdə imzaladığı müqavilələr əsasında azad ticarət və yerləşmə barədə razılığa gəliblər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti