Koronavirusa yoluxma sayı 496 mindən çox artıb

Koronavirusa yoluxma sayı 496 mindən çox artıb
  01 Dekabr 2020    Oxunub:1869
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 496 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata görə, ötən sutka ərzində 496 892 nəfər koronavirus infeksiyasına yoluxub, 7697 pasiyent dünyasını dəyişib.

Ümumilikdə isə indiyədək dünya ölkələri üzrə 63 milyondan çox yoluxma, 1,5 milyondan artıq ölüm faktı qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti