ANAMA tərəfindən 64 PHS zərərsizləşdirilib

ANAMA tərəfindən 64 PHS zərərsizləşdirilib
  30 Noyabr 2020    Oxunub:1979
Noyabrın 26-29-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkarlanması barədə Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng mərkəzi sistemindən – 49, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 4 müraciət daxil olub.
Azvision.az xəbər verir ki, bunu ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib.

Onun sözlərinə görə, daxil olmuş 53 çağırış əsasında Agentliyin mobil əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 47 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

"Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), tank əleyhinə 48, piyada əleyhinə 59 mina, 5 ədəd tank əleyhinə minanın partladıcısı və 42 ədəd partlamış mərmi qalıqları aşkarlanıb. Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatı davam edir. Ümumilikdə 206, o cümlədən tank əleyhinə 76, piyada əleyhinə 118 mina, 6 ədəd tank əleyhinə minanın partladıcısı, 6 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Ümumiyyətlə, ANAMA-nın partlayış qrupu tərəfindən 64 PHS-in zərərsizləşdirilməsi həyata keçirilib".

Azvision.az


Teqlər: ANAMA   Mina   PHS  





Xəbər lenti