“Türk əsgərləri tezliklə Azərbaycanda xidmətə başlayacaq” - Fuat Oktay

  28 Noyabr 2020    Oxunub : 2455
“Türk əsgərləri tezliklə Azərbaycanda xidmətə başlayacaq” -  Fuat Oktay
"Qarabağdan işğalçı Ermənistanın çıxarılması Türkiyə-Azərbaycan qardaşlığının gücünü bir daha bütün dünyaya nümayiş etdirdi".
Azvision.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O bildirib ki, Türkiyə 30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı dinc əhalini və şəhərləri bombalamasına səssiz qalmadı.

"Bu ədalətsizliklərə başqa ölkələr kor və kar qaldığı halda, biz bütün imkanlarımızla Azərbaycanın yanında olduq. Bu yaxınlarda parlamentdə qəbul edilmiş qanun layihəsinə əsasən qəhrəman əsgərlərimiz tezliklə azərbaycanlı qardaşlarımızın hüquq və maraqlarını qorumaq üçün Azərbaycanda vəzifələrinin icrasına başlayacaq".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: FuatOktay