“France Press”in yaydığı saxta xəbər ifşa olundu - FOTOFAKT

  29 Oktyabr 2020    Oxunub : 2709
  “France Press”in yaydığı saxta xəbər ifşa olundu -  FOTOFAKT
Fransanın "France Press" agentliyində guya Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub.
Azvision.azxəbər verir ki, agentliyin dərc etdiyi məlumat Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror hadisəsi zamanı çəkilən foto ilə birlikdə yayımlanıb.

Saxta xəbər yaymaqla kifayətlənməyən agentlik Bərdədəki terror aktından sonra çəkilən fotonu Dağlıq Qarabağda lentə alınmış kimi təqdim edib.

Daha sonra azərbaycanlı oxucuların, izləyicilərin çoxsaylı şikayət və etirazlarından sonra foto xəbərdən çıxarılıb.



Azvision.az

Teqlər: Erməni