Maqomayevin abidəsini təhqir edənlər məlum oldu

  29 Oktyabr 2020    Oxunub : 2287
 Maqomayevin abidəsini təhqir edənlər məlum oldu
Oktyabrın 27-də saat 10:48-də iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinin postamentinin üzərində anti-Azərbaycan mətinli lövhə yerləşdirib və onu dəmir zəncirlə bərkidib.
Səfirliyin mətbuat xidmətindən Azvision.az - bildirilib ki, məlum lövhə aşkar olunandan sonra dərhal məhv edilib.

Faktla bağlı səfirlik tərəfindən Moskva şəhərinin hüquq-mühafizə orqanlarına müraciət olunub və operativ şəkildə bütün lazımi tədbirlər görülüb.

Qeyd olunub ki, məlum təxribatı törədənlər müəyyən edilib və onlar Rusiya Federasiyasının qanunları çərçivəsində cəzalandırılacaqlar.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Moskva