Azərbaycana məxsus “Smerç” vurulmayıb - RƏSMİ

 Azərbaycana məxsus “Smerç” vurulmayıb -  RƏSMİ
  29 Oktyabr 2020    Oxunub:2620
Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil. Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir", - məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Düşmən   Yalan   Məlumat  





Xəbər lenti