Şahnazaryan da Paşinyanı istefaya çağırdı

 Şahnazaryan da Paşinyanı istefaya çağırdı
  28 Oktyabr 2020    Oxunub:4356
Ermənistanın sabiq milli təhlükəsizlik naziri, Ermənistan prezidentinin Qarabağ nizamlanması üzrə keçmiş xüsusi nümayəndəsi (1994-1995) David Şahnazaryan baş nazir Nikol Paşinyan hakimiyyətini istefaya çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Hazırda cəbhədə olan Şahnazaryan Ermənistanın birinci baş naziri, Milli Demokratik Birlik partiyasına sədrlik edən Vazgen Manukyanın çağrışına qoşulduğunu bəyan edib.

Xatırladaq ki, dünən Manukyan Ermənistan hakimiyyətini istefaya çağıran açıqlama ilə çıxış edib. O etiraf edib ki, bu gün tarixin biabırçı və dağıdıcı səhifəsini yaşayırlar. Yeganə çıxış yolu isə budur ki, hökumət istefaya gedib, hakimiyyəti orduya təhvil verməlidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti