“Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik” - Prezident

  25 Oktyabr 2020    Oxunub : 2238
   “Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik”  -    Prezident
Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb.
Azvision.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev “Fox News” telekanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, biz münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar”, - deyə Prezident vurğulayıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev