“Türkiyə Azərbaycana yalnız siyasi dəstək verir” - İlham Əliyev

  25 Oktyabr 2020    Oxunub : 2647
   “Türkiyə Azərbaycana yalnız siyasi dəstək verir” -    İlham Əliyev
Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Fox News” telekanalına müsahibəsində bildirib.

Jurnalistin “Ancaq Türkiyə müharibəyə çağırış edir. Türkiyə deyir ki, hərbi yol lazımdır” sualına cavabında dövlətimizin başçısı deyib: “Xeyr, qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu, kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil, ola bilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev