“Samsung”un rəhbəri vəfat etdi

  25 Oktyabr 2020    Oxunub : 2210
“Samsung”un rəhbəri vəfat etdi
“Samsung” konserninin sədri Li Qon Xi 79 yaşında vəfat edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Li Qon Xi Seulda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

O, atası, konsernin banisi Li Byon Çxolun 1987-ci ildə vəfatından sonra “Samsung”un ikinci sədri olub. 2014-cü ildə Li Qon Xi infarkt keçirib və bundan sonra şirkətə nəzarət faktiki olaraq oğlu və konsernin törəmə şirkəti olan “Samsung Electronics”in vitse-prezidenti Li Çje Yona keçib.

Azvision.az

Teqlər: Samsung