Fransadan Azərbaycana növbəti zərbə

Fransadan Azərbaycana növbəti zərbə
  21 Mart 2013    Oxunub:1740
Bu gün bir qrup fransız siyasi xadim, ölkənin əsas siyasi qüvvələrini təmsil edən deputat və senatorlar Qondarma Dağlıq Qarabağ Respublikası ilə dostluq icmasının yaradılmasını elan edib.
AzVision.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, xüsusi bəyənatla çıxış edən icma üzvləri qondarma respublikanın müstəqil və demokratik cəmiyyət qurulması istiqamətində səylərini yüksək qiymətləndirib, dünya ictimaiyyətini respublikanın siyasi təcridinə son qoymağa və Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququna hörmətlə yanaşmağa çağırıb.

Qondarma respublikanın Xarici İşlər Nazirliyindən mətbuata verilən məlumata görə, icmaya Marselin vitse-meri Rolan Blyum, Viyen meri Jak Remilye, deputatlar Valeri Buaye, Rene Ruke, Qi Tesye, Fransua Roşbluan, senatorlar Sofi Juassen, Filip Marini, Bernar Furnye və eks deputatlar Jorj Kolombye və Rişar Malye daxildir.



Teqlər:  





Xəbər lenti