BSU daha bir universitetlə əməkdaşlıq edəcək

BSU daha bir universitetlə əməkdaşlıq edəcək
  03 Fevral 2014    Oxunub:1013
Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında Anlaşma Memorondumu imzalanıb.

BSU-nun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sözügedən müqaviləyə görə, universitetlər arasında bakalavr və magistratura səviyyəsində tələbərin, eyni zamanda müəllim və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur.

Bundan başqa, Bakı Slavyan Universiteti ilə Kadir Has Universiteti arasında birgıə tədqiqatlar aparılacaq və layihələr gerçəkləşdiriləcək, birgə yay məktəblərinin təşkili də universitetlər üçün prioritet məsələlərdəndir.

Qeyd edək ki, Kadir Has Universiteti geniş beynəlxalq əlaqələri və yüksək səviyyəli kadrların yetişdirilməsinə görə Türkiyədə xüsusi nüfuza malik universitetlərdəndir.



Teqlər:





Xəbər lenti