Bu dünyanın ən varlı insanıdır - VİDEO

Bu dünyanın ən varlı insanıdır - VİDEO
  31 Yanvar 2014    Oxunub:1130
Forbs jurnalının “2013-cü il miyarderlər siyahısı” sıralaraında 67 milyard sərvəti ilə ikinci yerdə olan Bill Qeyts öz saytının baxışını yüksəltmək üçün qeyri adi reklam aksiyasına imza atıb. Milyarder bunun üçün heç bir bahalı modelə və ya reklam agentliyinə müraciət etmədən, reklamda özü çəkilib. Aralarında “cücə” də olan müxtəlif qeyri adi obrazları yaradan Bill Qeyts sadəcə öz saytının adın deyərək insanların yaddaşında saxlamağa çalışıb.

Qeyd edək ki, son zamanlar vaxtının çoxunu öz yaratdığı “ailə xeyriyyə fondu”na ayıran milyarder buna baxmayaraq 2013-cü ildə Microsoft şirkətinin səhmlərinin artışından sərvətinə daha 6 milyard dollar pul qata bilib. AzVision.az olaraq biz də Bill Qeytsə kömək edib onun saytını (https://azvision.az/redirect.php?url=http://www.GatesLetter.com) və reklam rolikini təqdim edirik.




Teqlər:





Xəbər lenti