Masazırda intihara cəhdin qarşısı alındı

Masazırda intihara cəhdin qarşısı alındı
  01 Oktyabr 2020    Oxunub:2782
Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.​

Azvision.az


Teqlər: FHN   İntihar  





Xəbər lenti