Rayonlara yağış yağacaq, dolu düşəcək

  01 Oktyabr 2020    Oxunub : 4063
Rayonlara yağış yağacaq, dolu düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda oktyabrın 1-nə gözlənilən hava şəraitini açıqlayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 20-24, dağlarda gecə 4-8, gündüz 9-13 dərəcə isti olacaq.

Azvision.az

Teqlər: Hava   Yağış